Araba olmadığı üçün yaşlı qadın xəstəxanaya stulla GETMƏLİ OLDU – VİDEO  

Hazırda oxunan: Araba olmadığı üçün yaşlı qadın xəstəxanaya stulla GETMƏLİ OLDU – VİDEO  

148316

Yaşlı qadın xəstəxanaya daxil olmaq üçün təkərli arabadan deyil, stuldan istifadə edir. 

Bizim.Media xəbər verir ki, görüntünü lentə alan şəxs iddia edir ki, paytaxtın Mərdəkan qəsəbəsində ''Xəzər Tibb Mərkəzi''ndə xəstələrin daşınması üçün araba yoxdur. 

TƏBİB-in tabeliyində olan tibb mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdir əvəzi Hökümə Aslanova qeyd edib ki, hadisə iki gün əvvəl baş verib: 

Hökümə Aslanovanın sözlərinə görə, həmin an təcili tibbi yardım stansiyasını mövcud 3 arabası şöbələrdə istifadədə olub. 

"Adətən belə olduqda xəstələr ya maşında, ya da stulda oturub gözləyirlər." 

Hazırda xəstəxananın Təcili Tibbi Yardım şöbəsində təmir getdiyini deyən Hökümə Aslanova qeyd edib ki, təxminən iki aydan sonra texniki təhcizatla bağlı yaşanan problemlər də aradan qalxacaq. 
“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin