BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə bağlı dərhal radikal tədbirlər görülməsini təklif edərək bildirib ki, rekord qıran iyul temperaturları Yer kürəsinin istiləşmə mərhələsindən “qlobal qaynama dövrünə” keçdiyini göstərir.
Bizim.Media BMT-yə istinadən xəbər verir ki, bu barədə Baş katib Nyu-Yorkda çıxışı zamanı danışıb.
O, Şimal yarımkürəsində şiddətli istiləri “amansız yay mövsümü” adlandırıb:
"Bu, bütün planet üçün fəlakətdir. İqlim dəyişikliyi dəhşətlidir və bu, yalnız başlanğıcdır. Qlobal istiləşmə dövrü başa çatdı, artıq “qlobal qaynama dövrü” gəlib çatıb. İqlim dəyişikliyinin ifrat təsirləri elm adamlarının proqnozları və xəbərdarlıqlarına uyğun gəlir, yeganə sürpriz isə onun sürətidir”.
O, "faciəli" nəticələr qarşısında qazıntı yanacaq sektorunu bir daha hədəfə alaraq, sürətli və genişmiqyaslı hərəkətə çağırışını təkrarlayıb:
“Artıq bir çox yerlərdə nəfəs almaq mümkün deyil. Dözülməz isti var. Bu prosesə liderlər rəhbərlik etməlidir. Daha tərəddüd etmək olmaz. Artıq bəhanə də yersizdir və başqalarının birinci hərəkət etməsini gözləmək lazım deyil”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:16 / 28.07.2023
Quterreşdən dünya liderlərinə: “Nəfəs almaq mümkün deyil, hərəkətə keçmək lazımdır”
Hazırda oxunan: Quterreşdən dünya liderlərinə: “Nəfəs almaq mümkün deyil, hərəkətə keçmək lazımdır”
Hazırda oxunan: Quterreşdən dünya liderlərinə: “Nəfəs almaq mümkün deyil, hərəkətə keçmək lazımdır”
148305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.