Ermənistandan qayıdan 30 nəfər “Laçın” məntəqəsindən Xankəndiyə keçib - FOTO 

Hazırda oxunan: Ermənistandan qayıdan 30 nəfər “Laçın” məntəqəsindən Xankəndiyə keçib - FOTO 

148259

Qarabağın erməni əhalisinin Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Xankəndiyə sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb. 

Bizim.Media xəbər verir ki, Ermənistandan Xankəndi istiqamətinə hərəkət edən 7 nəqliyyat vasitəsi və 30 şəxs buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra yollarına davam edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçın postunda GƏRGİNLİK – Erməni tırları əraziyə TOPLANDI – VİDEO


Qeyd edək ki, Xankəndiyə keçidi təmin edilən 30 nəfərdən 10-u BQXK-nın üzvü, 14-ü Ermənistandan tibbi müalicədən qayıdan erməni sakin, 5-i onları müşayiət edən ailə üzvləri, həmçinin 1-i tibbi personalın əməkdaşıdır.

Bu da onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Təkcə bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə erməni vətəndaşların sərbəst keçidi təmin olunub. 

Son günlər Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa siyasi şou, manipulyasiya və təxribat xarakteri daşıyır. 














Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin