Ağcabədidə məktəb direktoru 131 min manat MƏNİMSƏDİ - Cinayət işi AÇILDI 

Hazırda oxunan: Ağcabədidə məktəb direktoru 131 min manat MƏNİMSƏDİ - Cinayət işi AÇILDI 

148246

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağcabədi Rayon Prokurorluğu məlumat yayıb. 

Araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin