Laçın sərhəd keçid məntəqəsinin yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, video görüntülər “Telegram” kanallarında yer alıb.
Ermənilər tərəfindən lentə alınan görüntülərdə buraxılış məntəqəsinin qarşısında xeyli sayda avtomobilin saxlanıldığı əks olunub.
Belə ki, Ermənistan tərəfi Azərbaycanla razılaşdırmadan yük maşınlarını sərhəd məntəqəsinə yığır.
Erməni mediasının məlumatına görə, 19 maşından ibarət humanitar yardım karvanı Laçınla həmsərhəd Kornidzor qəsəbəsinə çatıb. Plana əsasən, burdan sonra humanitar karvan rus "sülhməramlılarının" müşayiəti altında Qarabağa keçəcək.
Azərbaycan Ordusu isə ermənilərin bu təxribatçı niyyətinin həyata keçirilməsinə imkan verməmək əzmindədir.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media