Martın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.
Bizim.Media-ya Milli Məclisdən verilən məlumata görə,komitənin sədri Tahir Mirkişili bildirib ki, spiker Sahibə Qafarovanın təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.
MÖVZU İLƏ BAĞLI:
Hesablamalar Palatasının sədr müavini və auditorları kim olacaq? - SİYAHI
Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə olan vakant yerlərə təqdim edilmiş namizədlər “Hesablama Palatası haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir.
Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.
Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bizim.Media