Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar təyin EDİLDİ 

Hazırda oxunan: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar təyin EDİLDİ 

148090

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 29-30 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib. 

Belə ki, 29 və 30 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq.

Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır. 

Marşrut üzrə Bakıdan Yevlaxa kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 13 AZN, Bakı-Goran istiqaməti üçün 14 AZN, Bakı-Gəncə istiqaməti üçün 15 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN, Bakı-Ağstafa istiqaməti üçün 17 AZN təşkil edir. 
Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin