“Sabah” bu gün qitəmiqyaslı turnirlərdə debüt edir. Masazır təmsilçisi ilk oyununu Konfrans Liqasında keçirəcək.
Bizim.Media xəbər verir ki, təmsilçimiz debüt oyununa Latviyada çıxacaq.
Komanda Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində RFŞ-nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.
Konfrans Liqası,
2-ci təsnifat mərhələsi (ilk oyun)
20:00. RFŞ (Latviya) – “Sabah”
Baş hakim: Yan Maxalek (Çexiya).
Rəşad Rafiqoğlu, Bizim.Media