Mərkəzi Bank qərarını DƏYİŞMƏDİ – Manatı nə GÖZLƏYİR?

Hazırda oxunan: Mərkəzi Bank qərarını DƏYİŞMƏDİ – Manatı nə GÖZLƏYİR?

148068

“Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlamasının əsas səbəbi, yay mövsümü ilə əlaqədar olaraq, istehlak bazarında inflyasiya təzyiqlərinin bir qədər zəifləməsi ilə əlaqədardır. Digər tərəfdən isə qlobal və regional bazarda inflyasiya meyllərinin azalması müşahidə olunur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ 


Millət vəkili cari ildə inflyasiya ilə bağlı hədəflərə hələlik çatmağın mümkün olmadığını qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bank 2023-cü ilin sonu, 2024-cü ilin əvvəlli üçün birrəqəmli inflyasiya hədəflərinin reallaşacağını proqnozlaşdırır:

“Bu qərarın manatın məzənnəsinə və kredit faizlərinə təsirinə gəldikdə isə, manatın məzənnəsi makro-iqtisadi stabillik baxımından Mərkəzi Bank üçün əsas hədəflərdən biridir. Qurum bu istiqamətdə fəaliyyətini davam etdirir. Əslində, yalnız uçot dərəcəsi ilə deyil, həm də  sterilizasiya vasitəsilə də milli valyutanın məzənnəsini qoruyub saxlamaq istəyir. Bunun hətta kredit faizlərinə də heç bir təsiri yoxdur”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Eyni zamanda, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb. 
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin