Bakıda magistral su kəmərində qəza baş verib.
Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.
Eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hadisədən xəbərdardırlar:
“Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub”.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media