“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxır. Ağdam təmsilçisi Polşada “Rakuv”un qonağı olacaq.
Bizim.Media xəbər verir ki, “Miejski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi (ilk oyun) 22:15. “Rakuv” (Polşa) – “Qarabağ” Baş hakim: Lukas Fendrix (İsveçrə). Bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bu cütün qalibi 3-cü mərhələdə “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media