“Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” layihəsi başlayıb – FOTO 

Hazırda oxunan: “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” layihəsi başlayıb – FOTO 

147979

Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” layihəsinin 25 iyul tarixində Şuşa şəhərində açılış mərasimi baş tutub. 

Bizim.Media xəbər verir ki, mərasim ötən il ölkəmizdə baş tutan Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin yekun sənədi olaraq Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Təşkilata çevrilməsinə əsas verən “Şuşa Akkordu”nun birinci ildönümü münasibəti ilə keçirilib. 

Açılış mərasimi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlayıb. 

O. Qəhrəmanzadə qonaqları salamlayaraq bir il bundan öncə məhz Şuşa şəhərində QHGT-nin təsis sənədi hesab olunan “Şuşa Akkordu”nun strateji əhəmiyyətindən söz açaraq keçən müddət ərzində görülən işlərdən danışıb. 

Daha sonra, QHGT-nin 2021-2023-cü illərdə göstərdiyi fəaliyyəti əhatə edən videoçarx nümayiş olunub. 

Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev Gənclər və İdman Nazirliyi tərəfindən QHGT-nin fəaliyyətinə təsis olunduğu gündən etibarən göstərilən dəstəyə diqqət çəkərək bu dəstəyin davamlı olacağını bildirib. 
Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan QHGT-nin vacib bir beynəlxalq gənclər təsisatına çevrildiyini vurğulayıb. 

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun səlahiyyətlərini müvəqqəti olaraq icra edən Qədir Xəlilov isə çıxış edərək Gənclər Fondu tərəfindən QHGT-yə göstərilən dəstəyə diqqət çəkib, bundan sonra da Fondun bir çox sosial və gənclər yönümlü dəstək mexanizmləri çərçivəsində QHGT-nin fəaliyyətinə dəstək göstəriləcəyini qeyd edib. 
5 gün davam edəcək layihə çərçivəsində yerli və xarici gənclərin iştirakı ilə QH Modeli Simulyasiyası, plenar iclaslar, panel görüşlər və təlimlər təşkil olunacaqdır. 

Həmçinin, iştirakçılar üçün Şuşanın tarixi-memarlıq abidələri və füsunkar təbiəti ilə tanışlıq məqsədilə şəhər turu təşkil olunacaqdır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir.
2021-ci ilin 4 oktyabr tarixində virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci ilin 29 iyul tarixində “Şuşa Akkordu” ilə Təşkilata çevrilmişdir. Təşkilat hal-hazırda QH üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoqa təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin