SOCAR-ın prezidenti Macarıstanın “MOL Group” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO 

Hazırda oxunan: SOCAR-ın prezidenti Macarıstanın “MOL Group” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO 

147956

İyulun 25-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa ilə görüşüb. 

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.  

Bu xüsusda, “MOL Group” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan, səmərəli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, “MOL Group” şirkətinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihələrində uğurla iştirak etdiyi, Azərbaycan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verdiyi bildirilib. 
Görüş çərçivəsində tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin