Azərbaycanda hotellərdən 209,3 milyon manat gəlir ƏLDƏ EDİLİB 

Hazırda oxunan: Azərbaycanda hotellərdən 209,3 milyon manat gəlir ƏLDƏ EDİLİB 

147945

Bu ilin 6 ayında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz artaraq 209,3 milyon manat olub ki, onun da 60,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,4 faizi ictimai iaşə xidmətlərindən, 4,4 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 faiz səviyyəsində olub (2022-ci ilin yanvar-iyun aylarında 12,4 faiz).  

Bu göstərici Naftalanda 43,4 faiz, Şabranda 35,4 faiz, Bakıda 27,1 faiz, Beyləqanda 26,9 faiz, Qubada 23,2 faiz, Bərdədə 22,8 faiz, Qusarda 19,5 faiz, Sabirabadda 18,7 faiz, Şuşada 18,6 faiz, Lənkəranda 17,9 faiz, Ağcabədidə 17,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin