Azərbaycanda pul kütləsində KƏSKİN ARTIM   

Hazırda oxunan: Azərbaycanda pul kütləsində KƏSKİN ARTIM   

147935

2023-cü ilin iyun ayında Azərbaycanın geniş pul kütləsinin ümumi həcmi 41 milyard 239.9 milyon manat olub ki, bunun da 31 milyard 404.0 milyon manatı milli valyuta ilə olan vəsaitlər təşkil edir. 

Bizim.Media Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, pul kütləsində may ayı ilə müqayisədə çox cüzi, yəni 131,9 milyon manat və ya 0,31 faiz azalsa da, ötən ilin iyun ayı ilə müqayisədə isə xeyli, yəni 2 milyard 949,5 milyon manat və ya 7,15 faiz artıb.  

May ayında bu vəsait 41 milyard 371.8 milyon manat, ötən ilin iyun ayında isə 38  milyard 290.4 milyon manat olub.  

Qeyd edək ki, manatla olan vəsaitlərin həcmində may ayında cüzi, ötən ilin iyun ayında isə ciddi artım baş verib. Belə ki, iyun ayında may ayı ilə müqayisədə 1 milyard 035,2 milyon manat və ya 3,29 faiz, ötən illə müqayisədə isə 5 milyard 239,7 milyon manat və ya 16.68 faiz artım müşahidə olunub.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin