Pərvin Abıyeva niyə subaylığı təbliğ edir? – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: Pərvin Abıyeva niyə subaylığı təbliğ edir? – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

147921

Aktrisa Pərvin Abıyeva “Sözbaz” maqazin verilişinə müsahibəsində səsləndirdiyi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb. Pərvin ailə qurmaq istəmədiyini bir daha etiraf edib:
“Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm”.

Təbii onun bu fikirləri sosial şəbəkələrdə daha çox qınağa səbəb olub. Çünki, efirdə bu cür fikirlərin səsləndirilməsi həm gənc nəslin tərbiyəsinə zərbə vurur, həm də ailə institutunu kökündən baltalayır, yüngül həyat tərzini təşviq edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

“Qadınlar soyunmağın klassik ünvanını unudublar” – Psixoloqdan SENSASİON AÇIQLAMA


“Ailə qurmaq, ana olmaq hər bir qadının ən ülvi və müqəddəs arzusudur. Ən əsası dünyaya uşaq gətirmək hər bir qadının əsas missiyasıdır. Bu missiyadan imtina edən birisinə heç nə ilə haqq qazandırmaq olmaz.

Qadın deyəndə hər birimizdə ailə, uşaq assosasiyası yaranır. Çünki, tarix boyu qadının missiyası bu olub. Baxmayaraq ki, son dönəmlərdə ailə institutu çox böyük zərbələrə tuş gəlib. Hazırda Pərvin Abıyeva kimi düşünən xeyli qadın var. Onlar bütün məsuliyyətdən qaçaraq ancaq özləri üçün yaşayırlar”.

Psixoloq başqa bir vacib məqama da toxunub: 

“Digər bir problem bəzi sənət adamlarının efirdə sənətindən yox, öz şəxsi həyatlarından daha çox danışmasıdır. Çünki, özündən daha çox danışan adamların sənətdə heç bir izi olmur. Onlarda tamaşaçının yaddında  sənətləri olmadığı üçün fərdi fikirləri və maddi imkanları ilə yadda qalmaq istəyirlər. Bu mənada Pərvin Abıyevanın belə açıqlamalar verməsi başadüşüləndir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin