Qarpızın az bilinən FAYDALARI – Xərçəngin qarşısını alır...

Hazırda oxunan: Qarpızın az bilinən FAYDALARI – Xərçəngin qarşısını alır...

147916

Yayın əvəzolunmaz qidası olan qarpızın insan orqanizmi üçün mühüm faydaları var. 92% sudan ibarət olan bu yay meyvəsini mineral və vitaminlərlə zəngin hesab etmək olar. Qarpızın xərçəngin qarşısının alınmasından, dərinin cavanlaşmasına qədər bir sıra faydaları var. 

Bəs qarpızın bilmədiyimiz faydaları nələrdir?

Şəkər nisbəti bir az yüksək olduğu üçün mütəxəssislər tərəfindən istehlak edilərkən diqqətli olunması tövsiyə edilən qarpızın sağlamlıq üçün bir çox faydası var. Şirəli meyvəsi ilə yanaşı, toxumlarının da faydalı olması qarpızın istehlakın artmasının əsas səbəblərindən biridir.

Qarpızın mühüm xüsusiyyətlərindən biri də bədəndəki şişkinliyi azaltmasıdır. Bundan əlavə, yay aylarında susuzluq problemlərinin qarşısını almaq üçün istehlak edilə bilən bu meyvə qəbizliyi aradan qaldıra bilər.

Qarpızda olan kalium və maqneziumun miqdarı yüksək təzyiqi azaltmağa kömək edir. Bundan əlavə, qarpız qan laxtalanmasının qarşısını alma xüsusiyyətinə görə insult, infarkt və damar tıxanma xəstəliklərinin yaranmasının qarşısını alır.
A və C vitaminləri ilə çox zəngin olan qarpız dəri və saç sağlamlığına qoruyucu təsir göstərir. Dərini gözəl və nəmli edən quruluşu ilə yanaşı, saçın güclənməsinə də dəstək olur. Dəri hüceyrələrinin meydana gəlməsini dəstəkləməklə yanaşı, xəstə dəri hüceyrələrini bərpa etmək vəzifəsini yerinə yetirə bilir.

Qarpızın ən əhəmiyyətli faydaları arasında ürək sağlamlığına qoruyucu təsiri olmasıdır. Qan damarlarının daha yaxşı işləməsini dəstəkləyən qarpız toxumları böyrəklərin sağlam işləməsini də asanlaşdırır.

Yaddaş gücləndirici

Qarpızın ən əhəmiyyətli faydalarından biri yaddaşı gücləndirən quruluşudur. Konsentrasiya problemi olan və unutqanlıq problemi olan insanların bu bostan bitkisinin meyvəsi ilə qidalanması problemlərin aradan qaldırılmasına kömək edir.

Əzələ rahatlaşdırıcı

Qarpızın mühüm funksiyalarından biri də əzələləri rahatlaşdıran xüsusiyyətidir. Xüsusilə idmandan sonra istehlak itirilmiş enerjinin geri qaytarılmasını təmin edir. Əzələlərin bərpası üçün idmandan sonra qarpız yemək və ya qarpız suyu içmək olar.

Ağrı kəsici xüsusiyyətə malikdir

Qarpızın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ağrı kəsici təsirə malik olmasıdır. Xüsusilə yuxu problemləri olduqda ağrı kəsici kimi fəaliyyət göstərir.

Xərçəngin qarşsını alır

Qarpız xərçəngə qarşı orqanizmin müqavimətini gücləndirir. Bununla belə, qarpız xərçəng hüceyrələrinin bədəndə yayılmasının qarşısını ala bilər.

Qarpızın hər hansı bir əks təsiri varmı?

Qarpız normasında yedikdə yan təsirləri az olan meyvələrdəndir. Yan təsirlərindən qorunmağın ən yaxşı yolu qarpızı balanslı və düzgün səviyyədə istehlak etməkdir.

Düzgün istehlak edilmədikdə, müxtəlif yan təsirlərə səbəb ola bilər.

Qarpız həddindən artıq istehlak edilərsə, bədəndə qaz yaranmasına səbəb ola bilər. 

Röyanə Oğuz, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin