22 kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri DAVAM EDİR 

Hazırda oxunan: 22 kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri DAVAM EDİR 

147902

"Azərişıq" ASC tərəfindən 2023-cü ilin 1-ci yarısında elektrik enerjisi verilişinin keyfiyyətinin yüksəldilməsi, şəbəkələrdə enerji itkilərinin azaldılması üçün Bakı şəhərində və regionlarda müxtəlif gücdə 362 komplekt transformator məntəqəsi quraşdırılıb.  

Bizim.Media xəbər verir ki, bunu Hadrutda Azərişıq" ASC - nin Texniki Departament direktoru Vüsal Qənbərov deyib.  

Şəbəkələrdə aparılan yenidənqurma və bərpa işlərindən danışan Vüsal Qənbərov müasir texnologiyaların geniş tətbiqi və təkmilləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətlərilə əvəz edilməsi, o cümlədən, şəbəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd edib.

Eyni zamanda, ölkədə həyata keçirilən “100 kənd” layihəsi və Qarabağda görülmüş işlər barədə məlumat verib: 

"66,2 km 35 kV-luq; 147 km 10 kV-luq; 93,3 km 0,4 kV-luq yeni yeraltı kabel xətlərinin quraşdırılıb. Yarımstansiyalarda olan avadanlıqların texniki vəziyyəti yoxlanılıb və aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.

61 ədəd 110 kV-luq, 282 ədəd 35 kV-luq 1005 ədəd 10 və 6 kV-luq elektrik avadanlıqlarının təmir, bərpa və sınaq işləri aparılıb. O cümlədən, 46,4 km 110 kV-luq, 299,5 km 35 kV-luq, 960 km 10 və 6 kV-luq, 5000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində; 552 ədəd 10 və 6 kV-luq, 26 ədəd 35 kV-luq, 12 ədəd 110 kV-luq güc transformatorlarında təmir, bərpa və sınaq işləri aparılıb.  

Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 90 ədəd komplekttransformator məntəqəsində çəpərlənmə işləri yerinə yetirilib.  

Tədbirlər Planına salınmış 40 ədəd kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri üzrə 18 ədəd kənddə işlər yekunlaşmış, 22 ədəd kənddə işlər davam etdirilir". 

Vüsal Qənbərov onu da əlavə edib ki, hesabat dövründə ümumilikdə 139 807 ədəd olmaqla əhali istehlakçılarına aid 128 130 ədəd, qeyri-əhali istehlakçılarına aid 11 677 ədəd uçot dəstləri bərpa olunub: 
"Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 9,2 milyard kVts olmuş, ümumi yığım səviyyəsi 98,7 %-ə çatdırılıb. Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında 24,3 mln.kVts elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb. Paylayıcı elektrik şəbəkələrində təmir, yenidənqurma və tikinti işləri isə davam etdirilir".  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin