Azərbaycan Mərkəzi Bankı cari ilin 6 ayı ərzində ölkənin əsas makroiqtisadi göstəricilərində ötən illə müqayisədə artımlar baş verməsi ilə bağlı aylıq hesabat açıqlayıb.
Bizim.Media xəbər verir ki, həmin hesabata əsasən, ümumi daxili məhsul (ÜDM) istehsalın ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyard 538,4 manat və ya 32,4 faiz artdığı müşahidə olunur.
Belə ki, ötən dövrdə bu dəyər 40 milyard 763.7 milyon manat, cari dövrdə isə 60 milyard 302.1 min manat həcmində olub.
Qeyri-neft ÜDM-nın istehsalı isə bir il ərzində 8 milyard 797,9 milyon manat və ya 28,1 faiz artaraq, cari dövrdəki 31 milyard 265,4 milyon manata çatıb. Belə ki, ötən il bu dəyər 22 milyard 467,5 milyon manat təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə əsas kapitala investisiya yatırımlarının ümumi həcmi 5 milyard 919.4 milyon manat, cari dövrdə isə 7 milyard 148.3 min manat həcmində olub. Burdan da görünür ki, bir il ərzində investisiya yatrımlarında 1 milyard 228,9 milyon manat və ya 17,2 faiz artım olub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:00 / 25.07.2023
Azərbaycanda ÜDM istehsalı 32 faiz ARTIB
Hazırda oxunan: Azərbaycanda ÜDM istehsalı 32 faiz ARTIB
Hazırda oxunan: Azərbaycanda ÜDM istehsalı 32 faiz ARTIB
147896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.