İranda həbsdə olan jurnalistlərə görə “Twitter”də izdiham YARANDI - FOTO 

Hazırda oxunan: İranda həbsdə olan jurnalistlərə görə “Twitter”də izdiham YARANDI - FOTO 

147870

İranda iki jurnalistin azadlığa buraxılması üçün “Twitter”də böyük izdiham yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

Məhsa Əmininin (ötən il İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) ölüm cinayəti ilə bağlı araşdırmalara əsasən, həbsdə olan Nilufər Həmidi və İlahə Məhəmmədi adlı iki jurnalistİn ikinci məhkəmə iclası ərəfəsində sosial şəbəkə istifadəçiləri “İlahə_Nilufər” həştəqini yazaraq bu iki jurnalistin azadlığa buraxılmasını tələb ediblər. 
Qeyd edək ki, onların həbsinin üzərindən 300 gün keçməsinə baxmayaraq, sosial şəbəkə istifadəçiləri hələ də öz dəstəklərini dayandırmırlar. Belə ki, dünən cəmi bir neçə saat ərzində başlayan “Twitter” fırtınası yüzlərlə insan tərəfindən dəstəklənib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin