Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdıb.
Bizim.Media xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komandamız iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib.
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib.
İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesabları ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.
Xatırladaq ki, komandamız AVRO-2021-də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu. Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:12 / 24.07.2023
Voleybol millimizin Avstriya toplanışı başa çatdı – FOTO
Hazırda oxunan: Voleybol millimizin Avstriya toplanışı başa çatdı – FOTO
Hazırda oxunan: Voleybol millimizin Avstriya toplanışı başa çatdı – FOTO
147753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.