Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Sənətkarın sağlamlıq vəziyyətinin hazırda necə olması haqda məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı Şahnaz xanımla əlaqə saxlayıb.
Xalq artistinin nəvəsi bildirib ki, o, hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir:
“Şahnaz xanım mütəmadi olaraq həkim nəzarətindədir. Müalicələri davam edir. Səhhəti ilə bağlı ciddi təhlükə yoxdur. İki gün sonra yenidən müayinələrdən keçəcək. Əgər həkim icazə versə o, xəstəxanadan buraxılacaq. Müalicəsini isə Kardioloji Sanatoriyada davam etdirəcək”.
Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:18 / 24.07.2023
Şahnaz Haşımovanın səhhəti NECƏDİR? – ÖZƏL
Hazırda oxunan: Şahnaz Haşımovanın səhhəti NECƏDİR? – ÖZƏL
Hazırda oxunan: Şahnaz Haşımovanın səhhəti NECƏDİR? – ÖZƏL
147734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.