Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində dənizdə batan iki yeniyetmənin axtarışlarını davam etdirir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından başlanan 16 yaşlı Mehdi Manafovun və 17 yaşlı Rəvan Bəşirovun axtarışları bu dəqiqəyəcən nəticə verməyib.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə batan gənclərin kimliyi bəlli oldu - ÖZƏL - FOTO
Meyiti tapılan 15 yaşlı Nemət Əhmədov isə artıq Zarat kənd qəbiristanlığında dəfn edilib.
Nemət Əhmədovun valideynləri əslən Zarat kəndindəndir, ailə Bakıda yaşayır. Nemət bu il Bakı məktəblərinin birində 9-cu sinfi bitirib 10-cu sinfə keçmişdi.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu