Azərbaycan Prezidentinin mediamızla bağlı dediyi sözlər gələcək fəaliyyətimizdə “yol xəritəsi”dir

Hazırda oxunan: Azərbaycan Prezidentinin mediamızla bağlı dediyi sözlər gələcək fəaliyyətimizdə “yol xəritəsi”dir

147688

Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” adlı Qlobal Media Forumu təsəvvür etdiyimizdən də çox əhəmiyyətlidir. Belə bir Forumun Şuşada keçirilməsi hər şeydən öncə azad olunmuş ərazilərimizə beynəlxalq diqqətin artması baxımından vacibdir. 

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “demokrat.az” xəbər portalının təsisçisi və baş redaktoru Vasif Həsənli deyib. 

O qeyd edib ki, Ermənistan müharibədə məğlub olsa da, bu ölkədəki revanşist qüvvələr və onların havadarları Şuşa da daxil olmaqla torpaqlarımıza iddialarından əl çəkməyiblər.

Azərbaycan məhz belə tədbirlərlə dünyaya bu torpaqların gerçək sahibinin kim olduğunu, o cümlədən, bu ərazilərə həyatın qayıtdığını nümayiş etdirir. Belə tədbirlər həm də azad olunmuş ərazilərə xarici investisiyanın cəlb edilməsi üçün olduqca əhəmiyyətlidir. Digər tərəfdən, xarici qonaqlara Şuşada erməni vandalizmi əyani şəkildə göstərildi, o cümlədən postmünaqişə dövrünün yeni reallıqları yerində izah olundu. 

“Təbii ki, burada xüsusilə medianın yeni trendlərə uyğun inkişafı baxımından ən böyük qazancı mediamız əldə etdi. Birincisi, Azərbaycan mediası belə beynəlxalq forumlarla böyük təcrübə əldə edir. İkincisi, mediamıza beynəlxalq diqqət artır. Bu da informasiya müharibəsində səsimizin daha aydın eşidilməsi üçün əhəmiyyətlidir. İnanıram ki, Şuşa Forumunda müzakirə edilən məsələlər mediamızın beynəlxalq nüfuzunun artmasına da ciddi töhfə verəcək”, - deyə baş redaktor vurğulayıb. 

Onun sözlərinə görə, Forumda Prezident İlham Əliyevin suallara verdiyi cavablar isə sözün əsl mənasında master-klas idi. Dövlətimizin başçısı həm postmünaqişə reallıqlarını izah etdi, həm də apardığımız informasiya müharibəsində həmişə olduğu kimi, lider rolunu davam etdirdi. 
Prezident İlham Əliyev Ermənistanın işğal dövründə törətdiyi vəhşiliklərdən bəhs edərək, bu ölkənin gerçək üzünü ifşa etdi. Həmçinin sülh danışıqlarına da reallıqları təqdim etdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin şifahi olaraq dilə gətirdiyi bu prinsipləri yazılı olaraq da qeyd etməlidir, yalnız bundan sonra sülhdən danışa bilərik. 

“Bununla yanaşı, Müzəffər Ali Baş Komandan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizlə bağlı prinsipial mövqeyini yenidən dilə gətirdi, orada yaşayan ermənilərin gələcəyini aydınlaşdırdı, bununla separatçılara və havadarlarına konkret mesajlar verdi.

Eyni zamanda, Azərbaycanın yeni dünyada oynadığı roldan tutmuş enerji layihələrinə qədər çoxsaylı məsələləri izah etdi. Kifayət qədər geniş və detallı izahlar verdi. Bütün bunlar Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi baxımından əhəmiyyətlidir. 
Dövlətimizin başçısının mediamızla bağlı dediyi sözlər isə bizim üçün böyük stimul, eyni zamanda, gələcək fəaliyyətimizdə “yol xəritəsi”dir”, - deyə Vasif Həsənli vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin