Qafanın Azərbaycana verilməsi ilə bağlı qalmaqallı videonun çəkildiyi nəzarət məntəqəsinin komandiri gecə yarısı hərbi polisə çağrılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı hüquq müdafiəçisi Ruben Melikyana istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu
Melikyan özünün Facebook səhifəsində belə yazıb:
"Bir çoxunuz Qafandakı mövqelərimizlə əlaqəli suallar doğuran videonu izlədiniz. Nəzarət məntəqəsinin komandiri, könüllü Artak Arutyunyanın gecə yarısı hərbi polisə çağrıldığını sizə xəbər verdim. Onunla birlikdə gedirik”.
Hüquq müdafiəçisi qeyd edib ki, polisə çağırışın mahiyyətinin nədən ibarət olduğu tam aydın deyil, çünki problem yerli orqanlar tərəfindən qismən həll edilib.
Xatırladaq ki, Mediaport Telegram kanalında bir neçə hərbi qulluqçu xidmət şəraitindən şikayət edib və bu haqda video yayımlayıb.
Əsgərlər deyiblər ki, onlara postlarını tərk etmək əmri verilib, çünki bildiriblər ki, Qafan Azərbaycana təslim edilib və şəhər azərbaycanlılar tərəfindən blokadaya alınıb.
İnsidentlə bağlı Gorus qarnizonunun prokuroru Ayk Markaryanın göstərişi ilə Qafan hərbi polis şöbəsində materiallar hazırlanır.
Bizim.Media