Apteklərdə şəxsi məqsədlər üçün gətirilən dərmanlar SATILIR? - VİDEO

Hazırda oxunan: Apteklərdə şəxsi məqsədlər üçün gətirilən dərmanlar SATILIR? - VİDEO

147651

Keyfiyyətsiz və ya şəxsi məqsədlər üçün ölkəyə gətirilən dərmanlar apteklərə necə yol tapır? Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli qeyd edib ki, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satışına yoxlamalar zamanı dəfələrlə rast gəlinib.

Onun sözlərinə görə, rəsmi yolla idxal olunan dərmanların hamısının üzərində nəzarət markası və içərisində azərbaycanca içlik vərəqəsi olur, digərlərində isə yox.

Bizim.Media xəbər verir ki, Analitik Ekspertiza Mərkəzi planlı və plandan kənar yoxlamalar zamanı bu cür hallara rast gəlindiyi halda tədbir görür.

Mətin Məcidli həmçinin əhaliyə müraciət edərək bildirib ki, apteklərdəki dərmanlarla bağlı şikayət və təkliflərini Analitik Ekspertiza Mərkəzinin "bir pəncərə" sisteminə, "Qaynar xətt"inə və ya pharma.az saytının müraciət bölməsindən elektron şəkildə müraciət edərək bildirsinlər.
Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı bildirildi ki, dərman vasitələrinin fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə üçün gətirilməsinə yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş miqdarda və Azərbaycanda qeydiyyatda olan dərman vasitələri olduğu halda icazə verilir. Bunun üçün isə heç bir gömrük ödənişi tələb olunmur.

“Dərman vasitələrinin 2 ədəd artıq olması kommersiya məqsədini daşımaya da bilər.”

Yalnız keçirilmə xüsusiyyətindən asılı olaraq gömrük əməkdaşı malın təyinatını müəyyən edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin