Borrel: “Odessaya raket hücumu Kremlin daha bir hərbi cinayətidir”

Hazırda oxunan: Borrel: “Odessaya raket hücumu Kremlin daha bir hərbi cinayətidir”

147650

“YUNESKO tərəfindən qorunan mədəniyyət abidələrinin dağılması ilə nəticələnən Odessaya kütləvi raket hücumu Rusiya Federasiyasının növbəti hərbi cinayətidir”.

Bizim.Media “zn.ua” nəşrinə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Twitter”də yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rus ordusunun dağıtdığı Odessa - VİDEO


“Rusiyanın YUNESKO tərəfindən qorunan Odessaya qarşı davamlı raket terroru, eyni zamanda əsas pravoslav kilsəsinin - dünya irsi obyektini məhv etməsi Kremlin növbəti hərbi cinayətidir.

Rusiya Ukraynanı məhv etmək üçün artıq yüzlərlə mədəniyyət obyektinə ziyan vurub”, - deyə Borrell bildirib.

Qeyd edək ki, iyunun 23-də gecə saatlarında Odessaya edilən raket hücumu zamanı “Caliber”, “Onyx”, Kh-22, həmçinin “İskəndər-K” və “İskəndər-M” raketlərindən istifadə olunub. Raket atəşi nəticəsində bir nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var. Şəhərdə 40-dan çox binaya, o cümlədən 25 tarixi memarlıq abidəsinə ziyan dəyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin