MOK-un rəsmiləri Slovakiyada idmançılarımızla görüşdülər - FOTO

Hazırda oxunan: MOK-un rəsmiləri Slovakiyada idmançılarımızla görüşdülər - FOTO

147611

Slovakiyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yeniyetmə atletləri də iştirak edirlər. İyulun 23- də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev Mariborda atletlərimizin və nümayəndə heyəti üzvlərinin məskunlaşdığı Olimpiya kəndinə gəliblər.

Bizim.Media  MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar bu mötəbər yarışda ölkəmizi təmsil edən idmançılar və nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Nümayəndə heyətinin şef de-missionu Vaqif Əliyev aletlərimizin hazırlığı, mübarizə aparacaqları idman növləri haqqında məlumat verib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə görüş zamanı yarışlara hazırlıqla, idmançıların və məşqçilərin məskunlaşdıqları şəraitlə, qidalanma və bir çox məsələlərlə maraqlanıb.

O, bildirib ki, Avropa Gənclər Olimpiya Festivalından atletlərimiz bir qayda olaraq, həmişə uğurla qayıdıblar. Bu yarışlar təcrübə və rəqibləri daha yaxından tanımaq baxımından idmançılarımız üçün böyük əhəmiyyətə malikdir. Ç.Hüseynzadə atletlərimizin bu festivalda da medallar qazanacaqlarına əmin olduğunu bildirib.

Görüş zamanı MOK-un vitse-prezidenti Olimpiya festivalının açılış mərasimindəki bayraqdarlarımızı da elan edib. Açılış mərasimində bayraqdarlar cüdoçu Ramazan Əhmədov və tennisçi Mədinə Babayeva olacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin