Zelenski: “Rusiya Odessaya görə cavab verəcək” - FOTO

Hazırda oxunan: Zelenski: “Rusiya Odessaya görə cavab verəcək” - FOTO

147610

“Rusiya terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

“Rusiyanın şər əməllərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər məğlub olacaq. Və Odessaya görə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, iyulun 23-də gecə saatlarında Rusiya qüvvələri qanadlı raketlərindən istifadə etməklə Odessa və yaxın bölgəyə regiona növbəti zərbələr endiriblər. Nəticədə mülki obyektlərə və yaşayış binalarına ciddi ziyan dəyib, 19 nəfər yaralanıb, azı 1 nəfər isə ölüb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin