Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 50 kq çəkidə çıxış edən idmançı ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.
Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin üçüncü günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:10 / 23.07.2023
Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi
Hazırda oxunan: Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi
Hazırda oxunan: Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi
147583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.