DİN Aşura günü ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ 

Hazırda oxunan: DİN Aşura günü ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ 

147484

Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib. 

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir: 

"Əziz həmvətənlər! 

Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. 
İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür. 

Bu baxımdan, cari ilin iyul ayının 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən Aşura günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik. 
Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin