Xuraman Şuşalı: “Qayınanamdan qorxuram” – VİDEO 

Hazırda oxunan: Xuraman Şuşalı: “Qayınanamdan qorxuram” – VİDEO 

147480

“Ailə qurandan sonra qayınanamla bir evdə yaşamamışıq. Ayrı yaşamışıq. Mənimlə isə yaşamaq çox çətindir. Amma mən də, qayınanam da çox çətin insanlarıq. Qayınanam həddən artıq çox təmizkardır. O, tərəzi bürcüdür. Əslində çox gözəl xasiyyəti var. Amma çox “titiz” bir insandır. Genetik “titizdirlər”. Onun bizimlə və dörd uşağımızla birlikdə yaşaması çox çətin olar. Çünki onun indi özünə baxan və qulluq edən vaxtıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib. 

Sənətçi qayınanası Validə xanımın həddən artıq təmizkar olmasını bildirib: 

“Mən dörd uşaqla o dərəcədə təmizkar ola bilmərəm. Onda gərək sənətimi kənara qoyub, ancaq ev işləri və təmizliklə məşğul olum. Allah bizə elə ruzi verib ki, biz işləyək kiməsə ruzi verək və bizə yardım eləsin. Həm də ruzimizi bölüşək. Görün məni qayınanamla qırdıra bilirsiniz? (gülür) Qayınanam bizə gəlməmişdən əvvəl evimizdə dərindən təmizlik işləri görülür. Evdə olan hər bir şey çox diqqətlə təmizlənir. O bizə gələndə hər şeydə çox diqqətli olmalıyıq. Ölüm-itim məsələsidir. Allah qayınanama can sağlığı versin”. 

Xuraman qayınanasından qorxduğunu da etiraf edib: 

“Qayınanam evimin böyüyüdür, ondan necə qorxmayım? Rəhmətlik anamdan da belə qorxurdum. Hətta anam sağikən arada məni döyürdü. Qardaşıma da məni döydürürdü, sonra da girirdi ortaya (gülür). Əslində, qayınanamdan qorxmuram, hörmət edirəm. Həyat yoldaşımın anasıdır. Onun da öz kaprizləri var. Getdiyin ocağın qanun-qaydalarına uymalısan. Qayınanam bizə zəng etməmiş gəlmir. Nəsə xoşuna gəlməyən şey görəndə də demir. O, yalnız bizdən gedəndən sonra hiss edirəm ki, abu-hava dəyişib (gülür)”. 

Dörd uşaq anası X.Şuşalı ailədə fironluq etmədiyini vurğulayıb: 

“Həyat yoldaşım məni dörd uşaqla boşuya bilər? Ailəmiz şükürlər olsun ki, möhkəmdir. Allah əbədi etsin. Ailədə hər şey qarşılıqlı olmalıdır. Yükü də hər iki tərəf çəkməlidir. Əgər bir tərəf daşısa o ailə uzun sürməz. Qayınanam Validə xanımın əllərindən öpürəm və deyirəm ki, çox sağolun ki, oğlunuzu mənə yar etmisiniz. Qayınatam rəhmətə gedib. Mən çox ağıllı qızam. İndidən sonra ailədə fironluq edə bilmərəm. Artıq fironluq etmək üçün gecdir. Qayınanam mənə heç zaman xoş olmayan rəftar göstərməyib. Hər zaman tərəfimi saxlayıb. Tərifləyib məni... Gəlinə də nə lazımdır ki? Qayınanası onu tərifləsin, xoş söz desin. O da bunu edir”. Qeyd edək ki, Xuraman Şuşalı İctimai Televiziyada çalışan rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin