Tanrının əli ilə yaradılanın ölümü də Tanrıdan olmalıdır - Gülər Mübariz 

Hazırda oxunan: Tanrının əli ilə yaradılanın ölümü də Tanrıdan olmalıdır - Gülər Mübariz 

147473

Bizim.Media “vətəninfo.az”a istinadən xəbər verir ki, ekspert Gülər Mübariz bildirib ki,  intihar (suiqəsd) hallarının 60%-i yay, payız aylarında baş verir və intiharın əsas səbəbini (70%-ni) depressiya təşkil edir. 

Gülər Mübariz vurğulayıb ki, araşdırmanın ortaya qoyduğu risk faktorları arasında yaş, mədəni durum, travma ya da təciz yaşantısı, daha öncə intihara cəhd edilməsi,ruhi sarsıntılar,ümidsizlik və depressiyadır.

Ümumiyyətlə, depressiya keçirən insanların 15%-i intihar edir:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq istisnalar da mövcuddur. Azərbaycana gəldikdə isə araşdırmalar göstərir ki, ötən illə müqayisədə intihar halları təqribi 18-20 faiz artıb. 

Son yayılan məlumata görə 17 iyun 2023-Şəmkir-T.Mustafayeva-53 yaş, intihar edib. 
16 iyun 2023-Ağdam-Sənurə Səmədova-21 yaş. (övladı olmadığı üçün etdiyi yazılıb). 
16 iyun 2023-Cəlilabad-Mənsurə Bəbirova-55 yaş. 
19.07.2023 -Mingəçevir şəhəri-Turalə Aslanova-32 yaş. 
18.07.2023-31 yaş-Sabirabad-Samirə Həsənova. 
30.05.2023-Şəmkir-24yaş-Nərmin Məmmədova. 
30.05.2023-Şabran rayonu-32 yaş-Müşkünaz Rzayeva. 
08.06.2023-Abşeron-54 yaş-İlhamə Əliyeva. 
Mart ayında İsmayıllı şəhərində 67 yaşlı Ənurə Qasımova. 

Yaşanan statistikaya baxanda dəhşətli mənzərəyə şahid oluruq”. 

Hətta ahıl yaşlarında belə yetkin bir insan intihara niyə sövq edir?”. Qadınlarımızın bu duruma düşmələrində səbəb nədir və ya kimlərdir? sualına cavabda isə ekspert bunları bildirib: “Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur. Lakin reallıqda belə məsələlərin nəticəsi bir qədər fərqli alınır. Belə ki, intihar hadisəsi qeydə alınan kimi, 125-ci maddə ilə cinayət işinə başlanılır. Lakin bu maddə ciddi sübuta yetirilməni tələb edir. Çox vaxt insanları özünüöldürmə cinayətinə sövq edən amillər onların əhatəsində – ailəsi, qohumları və ya iş yerləri ilə bağlı olur. Ona görə də, özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir.Nəticədə yüzlərlə insanın həyatına son qoyan intiharlar artır,cinayətkarlar cəzasız,talelər yarımçıq qalır. 

Yaşamın anlamının itirilməsi və gələcəyə dair ümidsizlik intiharı tək çıxış yolu halına gətirə bilər. Güclü ailə bağlarının olmadığı, qərarsızlıq ve sosial nizamsızlığın hökm sürdüyü ortamlarda intiharlar sıx-sıx görülür. 
İntiharların önü alına bilərmi? İntiharı əngəlləməyə çalışarkən birinci öncəlik potansial intihar qəsdi olan insanın psixiatrik pozulmasından qaynaqlanan zehin pozulmasını müalicə etməkdir. 

İnkişaf etmiş ölkələrdə intiharın önünü alma proqramları çərçivəsində yüksək intihar riski daşıyan qruplarda sosial və fərdi fəaliyyətlər-söhbətlər aparılaraq yalnızlıq, təcrid olunmaq, sevilməmək,həyatın mənasızlığı kimi duyğularla mübarizəyə çalışılır. İntihara meyilli davranışların önünü alarkən yalnız psixoloq yardımı deyil,yeri gələndə ətraf mühitdəki digər şəxslər də intiharın önünü almaqda üzərlərinə düşən öhdəlikləri almalıdır. 

Qadınlarımızın,gənc qızlarımızın intihara meyl etməsinin səbəbi cəmiyyətimiz yoxsa insanlardırmı?Gəlin, bu yaraya “yaranan bir gün getməlidir”gözü ilə baxmayaq.Tanrının əli ilə yaradılanın ölümü də Tanrıdan olmalıdır.Neçə-neçə ailələrin qəlbinə çəkilən dağlar həyatda hər kəsə dərs olsun.İnsanlarımız yarımçıq taleli olmasın,nəticəni dəyişə bilmiriksə,səbəbləri araşdıraq və önünü almağa çalışaq.İstər sosial sıxıntılar,istər ailə problemləri,istərsə də kənardan intihar görüntüsü verilmiş cinayətlər;səbəb hər nə olursa olsun,cəzasız,önləmsiz qalmasın.

Cəmiyyətimizi məhvə,insanlığımızı uçuruma sürükləyən bütün amillərin qarşısının alınmasına ümid etməyək,cəhd edək;bütün aidiyyati qurumlarla yanaşı insani düşüncəyə sahib insanlar da əl-ələ verək,bu acını yaşamağın önünü alaq,qadınların-gənclərin göz yaşlarına biganə qalmayaq. 
Ən azından “qonşuda bişər,bizə də pay düşər”məsəlindən qorxmuruqmu???”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin