Həyətyanı sahə qəsdən yandırıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Həyətyanı sahə qəsdən yandırıldı – FOTO/VİDEO 

147462

19 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. 

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Anar Rafiq oğlu Şirinov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib. 

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin