Vəfa: "Ana sevgisi görmədiyimdən övladıma qarşı heç nə hiss etmirdim" - VİDEO

Hazırda oxunan: Vəfa: "Ana sevgisi görmədiyimdən övladıma qarşı heç nə hiss etmirdim" - VİDEO

147448

“Anam yenidən dünyaya övlad gətirəndə bətnində uşaq tələf olub. Həmin an isə qanında zəhərlənmə gedib və bundan anam dünyasını dəyişib. Mən isə körpə ikən anasız qalmışam”

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu “Xəzər axşam”ı verilişində deyib.  

Anasız böyüdüyünü söyləyən sənətçi bildirib ki, övladları yenicə dünyaya gələndə onlara qarşı heç bir hissi olmayıb:  

“Anasız böyüdüyüm üçün “Niyə mənim anam yoxdur?” deyib, Allaha üsyan etdiyim vaxtlar olub. Amma indi fikirləşirəm ki, anam olsaydı bugünkü gün onu itirmək qorxusu ilə yaşamaqdansa, bu hissi yaşamamaq daha yaxşıdır. Bəzən anasız böyüyün insan ana qayğısı və nəvazişi görməyəndə o hissləri öz övladına göstərə bilmir. Ən çox qorxduğum məsələ də bu idi. Hər iki övladım yenicə dünyaya gələndə  beş-altı ay onlara qarşı heç nə hiss etmirdim. Zamanla hər şey dəyişir. Vaxtımın çox hissəsini övladlarımla keçirirəm. Sevgimi onlara aşırı şəkildə göstərirəm”. 

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Müğənni keçən ilin sentyabrında ikinci dəfə ana olub.

Onun oğlan övladı dünyaya gəlib. Vəfanın Məryəm adında bir qızı da var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin