Prezident: “Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni nəfəs qazandı”

Hazırda oxunan: Prezident: “Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni nəfəs qazandı”

147355

“Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşa Qlobal Media Forumunda çıxış EDİR – CANLI


Son zamanlar Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulayan dövlət başçısı bildirib: 

“İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə bir illik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb”. 
 

Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin