"Qərb Ukraynanın heç bir nəticəsi olmayan qondarma əks-hücum əməliyyatından məyusdur".
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.
Rusiya prezidenti həmçinin hərbi əməliyyatlarda əsgər və zabitlərin addımlarını yüksək qiymətləndirib.
“Kiyevin Qərbdəki kuratorları əks-hücumun nəticələrindən açıq şəkildə məyusdurlar. Qərb görür ki, onların təriflədikləri texnikaları mükəmməl yanır və hətta müəyyən mənada sovet maşınlarına da uduzur. Ukrayna sakinlərinin rəyi Avropada olduğu kimi yavaş-yavaş dəyişir, onlar ayılırlar", - Putin vurğulayıb.
Bizim.Media