“Azərbaycan və Ermənistan arasında münaqişə digər konfliktlərdə olduğu kimi kənar qüvvələrin bölgəni idarə etməsi üçün effektiv mexanizmdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvan üçün ÖLÜM SSENARİSİ – Ermənistan böyük güclərin toqquşma MEYDANINA ÇEVRİLİR
Onun sözlərinə görə, Azərbaycanın sülhə yönələn israrlı cəhdləri və uzaqgörən təklifləri münaqişə meydanını qoruyub saxlamağa çalışan ölkələrin, beynəlxalq strukturların müqaviməti ilə üzləşir:
“Üstəlik, bu hərəkətləri Ermənistanda 2020-ci ildən sonra formalaşmış reallıqları dəyişməyə ümid edən aşkar və gizli revanşist qüvvələr də dəstəkləyir.
Ona görə də Azərbaycanın mövqeyində münaqişə meyllərində “güzgü effekti” taktikası getdikcə daha aydın görünür. Bu bizə imkan verir ki, Ermənistanın ilhaqçı siyasətinin davam etdirilməsini əhəmiyyətli dərəcədə neytrallaşdıraq və eyni zamanda, münaqişə meydanını Qarabağdan Zəngəzura keçirək.
Bununla da, düşmənə real təsir rıçaqları yaradaq.
“Üçüncü qüvvələr”ə gəlincə, harada və necə, daha doğrusu, hansı vasitələrlə regiona təsirlərini davam etdirə biləcəkləri onları praktiki olaraq maraqlandırmır. Eyni zamanda Zəngəzur münaqişəsi güc vasitələrindən istifadə baxımından daha az xərc tələb edir. Mediada gedən xəbərlərə nəzər salmaq Zəngəzur mövzusunun Qarabağ məsələsindən daha çox səsləndirildiyini görmək üçün yetərlidir”.
Bizim.Media