Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılması aksiyasını qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in tvitter səhifəsində bildirilib.
"İsveçdə Quranın yandırılması aksiyasını şiddətlə qınayırıq. Biz hakimiyyət orqanlarını cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırırıq", - məlumatda deyilir.
Qeyd edək ki, İsveç polisi İraq səfirliyi önündə Quran və İraq bayraqlarının yandırılmasına icazə verilməsi tələbinə müsbət cavab verib. Bundan sonra İraqdakı İsveç səfirliyi yandırılıb.
Bizim.Media