Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi TAMAMLANIB

Hazırda oxunan: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi TAMAMLANIB

147197

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. 

Bizim.Media xəbər verir ki, yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolundakı tikinti ilə tanış OLDU - FOTO/VİDEO


Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub. Dövlət başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin