Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 0,92 % artaraq 84,30 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 79,46 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:05 / 20.07.2023
Azərbaycan neftinin qiyməti 84 dolları keçdi
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 84 dolları keçdi
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 84 dolları keçdi
147114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.