“Rusiya taxıl sazişində iştirakının bütün prinsipləri istisnasız nəzərə alınarsa və həyata keçirilərsə, ona qayıtmaq imkanını nəzərdən keçirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin: “Taxıl müqaviləsinin davam etdirilməsi mənasız idi, lakin…” - VİDEO
“Rusiyanın sövdələşməni qaytarması üçün əsas şərt onun ilkin humanitar mahiyyətinin bərpasıdır. Əgər əvvəllər razılaşdığımız bütün bu şərtlər yerinə yetirilərsə, indi onları mən icad etmirəm, biz dərhal bu sövdələşməyə qayıdacağıq”, - deyə Putin qeyd edib.
Prezident birinci şərt kimi Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünün sanksiyalardan çıxarmağı bildirib.
Bizim.Media