“Taxıl müqaviləsinin davam etdirilməsinin heç bir mənası yox idi”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə bildirib.
Putin qeyd edib ki, Qərb taxıl sövdələşməsini pozmaq üçün hər şeyi edib və bunun üçün səylərini əsirgəməyib.
Onun sözlərinə görə, Rusiya taxıl müqaviləsinin müddətini uzatmaq üçün çox səbr nümayiş etdirib.
Bizim.Media