Tuğ kəndində hansı işlər görüləcək? - RƏSMİ

Hazırda oxunan: Tuğ kəndində hansı işlər görüləcək? - RƏSMİ

146982

Hadrut qəsəbəsi və Tuğ kəndinin turizm potensialı çox genişdir. Hazırda burada tematik turizmin inkişafı istiqamətdə işlər aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

Agentlik nümayəndəsi qeyd edib ki, xüsusilə Tuğun qədim hissəsinin bərpası və konservasiyası aparılır: 

“Hələki layihələndirmə səviyyəsindəyik. Əsas istiqamətlərdən bir də Tuğ kəndində şərabçılığın inkişaf etdirilməsidir. Bura şərabları ilə məşhur olub. Qarabağın məşhur üzüm sortlarından olan “Xindoqnı” üzüm sortu bərpa olunub və müasir üsullarla öyrənilir. Tuğ kəndi də bu növ üzümün yetişdirildiyi əsas məkanlardan biridir. Layihələrin reallaşdırılması planlaşdırılan digər istiqamətlərdən biri də Hadrutdur. Burada da tematik turizm inkişaf etdiriləcək”, - deyə K.Quluzadə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin