Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.
Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:46 / 19.07.2023
“Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək
Hazırda oxunan: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək
Hazırda oxunan: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək
146932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.