UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, ilk gündə 8 görüş keçirilib. Cütlərin qalibləri II raunda yüksəliblər.
Estoniya “Flora”sına cavab matçında da qalib gələn Polşa klubu “Rakuv” II mərhələdə “Qarabağ”ın potensial rəqibi olub. Rumıniya çempionu “Farul” səfərdə Moldova “Şerif”inə böyük hesabla uduzaraq, turnirlə vidalaşıb.
UEFA Çempionlar Liqasınin I təsnifat mərhələsində cavab oyunlarının nəticələri:
“Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva) – 1:2
“Flora” (Estoniya) - “Rakuv” (Polşa) – 0:3
“Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) – 2:1
“Şerif” (Moldova) – “Farul” (Rumıniya) – 3:0
BATE (Belarus) - “Partizani” (Albaniya) – 2:0
TNS (Uels) – “Haken” (İsveç) – 0:2
“Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan) – 2:3 (Penaltilərlə - 4:3)
“Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) – 2:1.
Qeyd edək ki, digər cavab oyunları iyulun 19-da keçiriləcək.
Bizim.Media