Polkovnik-leytenantı vurub öldürən sürücüyə hökm oxundu

Hazırda oxunan: Polkovnik-leytenantı vurub öldürən sürücüyə hökm oxundu

146916

Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürən sürücüyə bu gün hökm oxunub. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, “Toyota Corolla” markalı avtomobillə 44 yaşlı hərbçini vuran Arif Mirzəyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. 

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib. 
Qeyd edək ki, hadisədən sonra mərhum M.Əhmədovun həyat yoldaşı Ülkər Əhmədova istintaqın gedişatından narazı olduğunu bildirib. 

1979-cu il təvəllüdlü Mərdan Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə bir çox medalla təltif olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin