Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Sauthempton"un mərkəz müdafiəçisi Lyankonu rənglərinə bağlayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Qara qartallar" braziliyalı arxa xətt oyunçusu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
26 yaşlı futbolçu sabah İstanbula gedərək tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə imza atacaq.
Qeyd edək ki, "Sauthempton" Lyankonu 2021-ci ilin yayında "Torino"dan transfer edib. Təcrübəli oyunçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:24 / 19.07.2023
“Beşiktaş” İngiltərədən müdafiəçi aldı
Hazırda oxunan: “Beşiktaş” İngiltərədən müdafiəçi aldı
Hazırda oxunan: “Beşiktaş” İngiltərədən müdafiəçi aldı
146915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.