Avropa Komissiyasından vaksin sifarişi ilə bağlı mühüm açıqlama - “SƏHV ETMİŞİK”

Hazırda oxunan: Avropa Komissiyasından vaksin sifarişi ilə bağlı mühüm açıqlama - “SƏHV ETMİŞİK”

14689

Avropa Komissiyasının rəhbərinin birinci müavini Frans Timmermans yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlə bağlı strategiyalarının səhv olduğunu bildirib.

Bizim.Media "Tacc"-a istinadən xəbər verir ki, F.Timmermans “Tagesspiegel AM Sonntag” qəzetinə müsahibəsində həm Brüssel, həm də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vaksin alınması ilə bağlı sifarişlərində səhvə yol verildiyini qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

Avropa Komisiyyası şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəklədi


Bununla belə, F.Timmermans tələsməməyə, pandemiyanın yekununda nəticə çıxarmağa çağırıb:

“Yekunda biz görə biləcəyik ki, nəyi düz, nəyi səhv etmişik. Vaksinlə bağlı birgə sifariş düz qərar olardı. Ancaq bu razılaşmanın daha çox Almaniya kimi zəngin ölkələrin mənafeyinə uyğundur”.

Qeyd edək ki, dünən Aİ-yə üzv 5 dövlət – Avstriya, Bolqarıstan,  Latviya, Sloveniya və Çexiya vaksinin üzv dövlətlər arasında ədalətli bölüşdürülməməsi problemi ilə bağlı Aİ-nin sammitinin keçirilməsini tələb ediblər.

Bu dövlətlər vaksinin Aİ-yə üzv ölkələrin əhalisinin sayı nəzərə alınmaqla proporsional qaydada bölünməsinə istəyirlər.

Eyni zamanda Aİ çərçivəsindəki mövcud mexanizmin bəzi dövlətlərə ayrıca vaksin almaq üçün dərman şirkətləri ilə müqavilə bağlamasına imkan verməsini tənqid edir, bu səbəbdən Aİ-yə üzv digər dövlətlərin vaksin çatışmazlığı ilə üzləşdiyini vurğulayırlar. (tass)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin