Makronun Uber ilə “gizli razılaşması” olub - Prezidentin SİRRLƏRİ AÇILDI

Hazırda oxunan: Makronun Uber ilə “gizli razılaşması” olub - Prezidentin SİRRLƏRİ AÇILDI

146813

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Uber şirkəti ilə “gizli razılaşma” əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Radio France” nəşri parlament komissiyasının hesabatına istinadən yayıb.

“Uber hökumətin ən yüksək səviyyələrində müttəfiqlər tapdı... Uberlə Emmanuel Makron və onun kabinet üzvləri arasında təmasların intensivliyi qeyri-şəffaf, lakin imtiyazlı bir əlaqənin göstəricisidir”, - hesabatda belə deyilir.
Xüsusilə, iqtisadiyyat naziri olduğu müddətdə Makronla “gizli sövdələşmə” sayəsində Uber qanuni olaraq xidmət üçün sürücü hazırlığı saatlarını 250-dən 7-ə endirə bildi. 

Hesabatda bildirilir ki, vergi idarəsi şirkətin ofislərində axtarış aparan zaman Uber-in nümayəndəsi Makrona SMS göndərib.

"Radio France" vurğulayır ki, Uberin lobbisi Mark Makqan Makronun prezidentlik kampaniyasını maliyyələşdirməyə də kömək edib.

2022-ci ilin iyulunda, qismən Corc Soros fondlarından biri tərəfindən maliyyələşdirilən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) bildirmişdi ki, Makron Fransanın iqtisadiyyat naziri vəzifəsində çalışarkən polis 2015-ci ildə Marselin mərkəzində Uber-in xidmətini dayandırmışdı. Məhz onun yenidən fəaliyyətinə Makron kömək edib. 

Həmin vaxt Uber-in lobbisi Makronla əlaqə saxlayıb. O isə bu məsələ ilə şəxsən məşğul olacağına söz verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin